10 oktyabr 2026 10:10
123

Azərbaycan millisindən mundialda rekord nəticə

Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

“İki sahil” xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən çempionatda bu gün fərdi yarışlar başa çatacaq.

Mundialın 7-ci günündə Azərbaycanın 4 təmsilçisi mübarizəyə qoşulacaq.

Kişilər

+100 kq çəki 

Uşanqi Kokauri 1/32 finalda Emirxan Joldoşkazıyev (Qırğızıstan) qarşılaşacaq

Camal Qamzatxanov Fransisko Solislə (Çili) üz-üzə gələcək.

Kənan Nəsibov ilk mərhələdən azaddır.

Qadınlar

+78 kq çəki 

Mədinə Kaysinova Asya Tavano (İtaliya) ilə görüşəcək.

Hazırda Azərbaycan millisinin aktivində 5 medal (1 qızıl, 1 gümüş, 3 bürünc) var. Bu, ölkəmizin cüdo tarixində dünya çempionatlarında rekord göstəricidir.

Sabah çempionatds komanda yarışları təşkil olunacaq.