22 iyul 2026 20:06
86

Rusiyanın itkiləri açıqlandı - 1610-cu gün

Ukrayna müharibənin 1610-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 433 230 hərbçi, 12 163 ədəd tank, 24 982 ədəd zirehli döyüş maşını, 46 492 ədəd artilleriya sistemi, 1 958 (reaktiv yaylım atəş sistemi), 1 513 hava hücumundan müdafiə sistemi, 438 ədəd hərbi təyyarə, 354 ədəd helikopter, 1 981 ədəd yerüstü robot-texnika kompleksi, 421 900 ədəd PUA, 123 702 ədəd avtomobil texnikası, 4 933 qanadlı raket, 34 gəmi/kater, 2 sualtı qayıq, 4 450 xüsusi avadanlıq itirib.