14 noyabr 2026 08:29
58

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

Böyük Britaniyanın şərqində yerləşən və ABŞ tərəfindən istifadə olunan Leykenhit hərbi hava bazası üzərində naməlum pilotsuz uçuş aparatları (PUA) müşahidə edilib. Hadisədən sonra hərbçilərə sığınacaqlara keçmək əmri verilib.

“İki sahil” xəbər verir ki, bu barədə “Sky News” ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsinə istinadla məlumat yayıb.

Bildirilib ki, noyabrın 13-də axşam saatlarında bazanın təhlükəsizlik qüvvələri icazəsiz dron fəaliyyətinə müdaxilə edib. Hadisə nəticəsində şəxsi heyətə, təyyarələrə və infrastruktura zərər dəyməyib.

Məlumata görə, hərbçilərə ən yaxın sığınacaqda gizlənmək tapşırılıb.

Qərbi Suffolku Britaniya parlamentində təmsil edən Nik Timoti isə ictimaiyyət üçün təhlükə olmadığını və hadisənin artıq həll edildiyini bildirib.