ABŞ Federal Aviasiya Administrasiyası (FAA) ölkə üzrə bütün hava limanlarında uçuşların dayandırılması barədə tətbiq etdiyi qərarı dörd saatdan çox müddətdən sonra ləğv edib.
“İki sahil” xəbər verir ki, FAA təhlükəsizlik səbəbləri və fövqəladə hallar ilə əlaqədar ölkə ərazisində bütün hava limanlarından təyyarələrin havaya qalxmasını müvəqqəti dayandırmışdı.
Qurumun yaydığı ilkin xəbərdarlıqda bütün uçuşların növbəti bildirişədək dayandırılması, xaricdən ABŞ-a gələn beynəlxalq reyslərlə bağlı qərarların isə fərdi qaydada qəbul edilməsi nəzərdə tutulurdu.
Qeyd edək ki, ABŞ-ın nəqliyyat katibi Şon Daffi və daxili təhlükəsizlik katibi Markveyn Mallinin hadisə ilə bağlı Ağ Evin brifinq zalında jurnalistlər qarşısında çıxış edəcəklər.
“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb