14 noyabr 2026 08:22
51

ABŞ bu statusundan məhrum edilib

Panamerika Səhiyyə Təşkilatı (PST) ABŞ-ni qızılcanın endemik ötürülməsinin ləğv edildiyi ölkə statusundan məhrum edib.

“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, 2026-cı ildə ABŞ-də 5,4 mindən çox qızılcaya yoluxma halı qeydə alınıb ki, bu da son bir neçə onillikdə ən yüksək göstəricidir. Təkcə noyabr ayında Pensilvaniya, Nyu-York və Viskonsin ştatlarında bir-biri ilə əlaqəli olmayan xəstəlik alovlanmaları nəticəsində beş nəfər ölüb ölüb.

ABŞ genişmiqyaslı peyvəndləmə kampaniyaları sayəsində 2000-ci ildə qızılcanı ləğv etmiş ölkə statusunu alıb. Lakin son altı il ərzində uşaq bağçalarına gedən, qızılca, parotit və məxmərəyə qarşı peyvənd olunmuş uşaqların payı 95,2%-dən 92,4%-ə qədər azalıb.

Statusun bərpa olunması üçün Birləşmiş Ştatlar ən azı 12 ay ərzində virusun davamlı ötürülməsinin dayandırılmasına nail olmalıdır. Qəzetin qeyd etdiyi kimi, bunun üçün illər tələb oluna bilər.

Qızılca xəstəliyiViruslarAmerika Birləşmiş Ştatları (ABŞ)