21-24 iyul tarixlərində Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil edilib.
“İki sahil” xəbər verir ki, səfər müddətində Qazaxıstan və Özbəkistandan olan 20-yə yaxın turizm şirkətinin nümayəndələri Azərbaycanın mövcud turizm infrastrukturu, təqdim olunan xidmətlər, çimərlik turizmi imkanları, mədəni irs və milli mətbəxlə tanış olublar.
Səfər çərçivəsində Qazaxıstan və Özbəkistanın turizm sənayesinin təmsilçiləri ilə yerli turizm şirkətləri və hotellərin 80-ə yaxın nümayəndəsi arasında B2B formatında işgüzar görüş təşkil olunub. Görüşdə yeni əməkdaşlıqların yaradılması və mövcud tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi üzrə müzakirələr aparılıb.
Qeyd edək ki, 2026-cı ilin ilk yarımilliyində Qazaxıstandan 50 mindən çox, Özbəkistandan isə 34 mindən çox ziyarətçi ölkəmizə səfər edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11% və 49% artım deməkdir.