27 iyul 2026 12:09
92

İsrail Ordusu İordaniya sərhədində iki pilotsuz uçuş aparatını ələ keçirdiyini bəyan edib

İsrail Müdafiə Qüvvələri İordaniya ilə sərhəd bölgəsində iki pilotsuz uçuş aparatının (PUA) ələ keçirildiyini bildirib.

“İki sahil” RT-yə istinala xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin bəyanatında bildirilir.

"İordaniya ilə sərhəd rayonunda aşkarlanan iki pilotsuz uçuş aparatını zərərsizləşdirib. PUA-lar İsrail sərhədini keçməyib", - deyə  bəyanatında bildirilir.

Hərbi idarədən qeyd olunub ki, "pilotsuz uçuş aparatlarının buraxılış məkanı dəqiqləşdirilir". "Protokola uyğun olaraq həyəcan siqnalları işə düşməyib", — deyə mətbuat xidməti əlavə edib.