23 iyul 2026 21:00
501

Tural Sadıqlı kimilərin fəaliyyəti mənəvi aşınmanın bariz nümunəsidir

Bir fərd üçün öz mənəvi köklərindən, etik prinsiplərindən uzaqlaşmaq fəlakətlərin ən böyüyüdür. Daxili dəyərlər sistemini itirən insan, mahiyyətcə öz şüurlu varlığını təhlükəyə atır və idarəolunmaz instinktlərin əsirinə çevrilir. Şəxsi maraqlar və ya kənar təsirlər naminə öz doğma ocağına, dəyərlərinə arxa çevirənlərin müasir nümunələrinə tənqidi nəzər saldıqda, bu acınacaqlı mənzərəni aydın görmək mümkündür. Tural Sadıqlı kimi fiqurların fəaliyyəti də məhz bu cür mənəvi aşınmanın bariz nümunəsidir.

Maddi maraqlar qarşılığında sosial şəbəkələrdə cəsarət nümayiş etdirməyə çalışan bu cür şəxslərin daxili cılızlığı ilk dialoqdanoq bəlli olur. İradəsizlik, məntiqdən kənar davranışlar və sırf təsir-reaksiya prinsipi ilə hərəkət etmək bəzi siyasi fəalların əsas xarakterinə çevrilib. Bu durum istər-istəməz psixologiyadakı məşhur "şərti refleks" təcrübələrini yada salır: daxili şüur deyil, xaricdən gələn siqnallar və şərtlər vasitəsilə idarə olunmaq. Şər və böhtanı özünə yaşayış vasitəsi seçən anlayış üçün bu, artıq adi bir vərdişdir.

Bu düşüncə tərzinin fəsadları təkcə siyasi mövqelərdə deyil, gündəlik sosial paylaşımlarda və nitqdə də özünü göstərir. İctimai platformalarda ev heyvanları ilə insanı, xüsusən də gələcəyimiz olan uşaqları eyni müstəvidə müqayisə etmək, mənəvi dəyərlərin nə qədər təhrif olunduğunun göstəricisidir. İnsan xarakterini və ailə anlayışını belə bəsitləşdirmək, əslində, şəxsin özünün mənəvi statusunu və dünyagörüşünün hüdudlarını ortaya qoyur. 

Xarici ölkələrdə sığınacaq tapan, lakin fəaliyyətini yalnız səs-küylü küçə aksiyaları və təhqiramiz ifadələrlə məhdudlaşdıranların audio-vizual davranışı yalnız ötəri bir hay-küydən ibarətdir. Almaniyanın Berlin şəhərində baş verən son hadisələr də göstərdi ki, ideoloji bazası olmayan, yalnız kənar təhriklərlə hərəkət edən siyasi ritorika cəmiyyətdə heç bir ciddi qarşılıq tapa bilməz.

Anar Məmmədov,

Milli Məclisin deputatı