ABŞ Prezidenti Donald Tramp İranla danışıqlara daha bir şans vermək üçün ABŞ-nin İrana hücumlarını dayandırmaq qərarına gəldiyini söyləyib.
“İki sahil” xəbər verir ki, bu barədə o “Axios”a müsahibəsində deyib. Lakin o, diplomatiya uğursuz olarsa, genişləndirilmiş hərbi əməliyyatlara qayıdış əmri verə biləcəyini vurğulayıb.
"Biz İranla çox dərin danışıqlar aparırıq. Əgər onlar nəticə verməsə, biz çox güclü hərbi əməliyyatlara qayıdacağıq",- deyə o bildirib.
Diplomatiyaya nə qədər vaxt ayıracağı soruşulduqda, prezident vaxtının çox olmadığını bildirib.
Qeyd edək ki, danışıqlar əsasən İran və Oman arasında aparılır. Lakin Qətər, Pakistan, Misir və Trampın elçiləri Stiv Vitkoff və Cared Kuşner də fəal şəkildə iştirak edirlər.
Qərb sahilində minlərlə qədim artefaktı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
BMT: Ukraynada müharibə başlayandan bəri 16 mindən çox mülki şəxsin ölümü təsdiqlənib
Tramp: Türkiyə sadiq müttəfiqimizdir, bu ölkəyə heç kim "F-35" tədarük etməyə mane ola bilməz
Rusiya XİN: Moskva Ukrayna böhranının siyasi və diplomatik yolla həllinə hazırdır