İyulun 27-də Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman Lefkoşada BMT Baş katibinin Kipr üzrə nizamlama məsələləri üzrə şəxsi elçisi Mariya Anhela Olqin Kuelyarı qəbul edib.
“İki sahil” xəbər verir ki, Prezident Kompleksində keçirilən müzakirələr mətbuata qapalı şəkildə təxminən bir saat davam edib.
Görüşdən sonra ŞKTC Prezidenti Lefkoşanın bundan sonra da BMT Baş katibinin Kipr üzrə səylərini dəstəkləməyə davam edəcəyini bildirib.
Şəxsi elçi öz növbəsində Antonio Quterreşin uzun illər ərzində xoşməramlı missiya yerinə yetirdiyini, Kipr məsələsində birbaşa iştirak etdiyini xatırladıb: “Baş katib davam edən sülh səylərini dəstəkləmək, tərəflərin fikirlərini dinləmək və danışıqlar prosesində irəliləyiş əldə olunmasına kömək etmək üçün adadadır”.
Qeyd edək ki, Kipr türkləri lideri ilə Antonio Quterreş arasında görüş iyulun 28-nə planlaşdırılır. Həmin gün bufer zonasında iki Kipr icmasının liderləri və BMT Baş katibinin iştirakı ilə şam yeməyi olacaq.
Üçtərəfli danışıqların əsas mərhələsi isə iyulun 29-da keçiriləcək.
Qərb sahilində minlərlə qədim artefaktı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
BMT: Ukraynada müharibə başlayandan bəri 16 mindən çox mülki şəxsin ölümü təsdiqlənib
Tramp: Türkiyə sadiq müttəfiqimizdir, bu ölkəyə heç kim "F-35" tədarük etməyə mane ola bilməz
Rusiya XİN: Moskva Ukrayna böhranının siyasi və diplomatik yolla həllinə hazırdır