Avqustun 1-də Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində əməkdaşlar üçün maarifləndirici görüş keçirilib. Görüşün qonağı AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Təranə Şükürlü olub.
“İki sahil” xəbər verir ki, Təranə Şükürlü çıxışında Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün xalqımızın milli-mənəvi dəyərlərinin, dövlətçilik ənənələrinin və milli kimliyinin təntənəsi olduğunu söyləyib.
Dilçi-alim vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dil siyasəti Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmlənməsində mühüm rol oynayıb.
Tədbirdə Azərbaycan dilinin tarixi inkişaf yolu, əlifbamızın formalaşması, ana dilimizin qorunmasının əhəmiyyəti və dil mədəniyyətinin gündəlik həyatda rolu barədə ətraflı məlumat verilib.
Görüş əməkdaşlar üçün mövzu ətrafında fikir mübadiləsi aparmaq və ana dilimizin dəyərləri barədə biliklərini daha da zənginləşdirmək imkanı yaradıb.
Kəlbəcərdə yerləşən hərbi hissədə hüquqi maarifləndirmə məqsədilə monitorinq keçirilib
Dilçi-alim: Orfoqrafiya qaydalarına əməl olunması dilimizin qorunmasına töhfə verir