Bu il iyulun 1-nə Azərbaycan banklarının depozit portfeli 44 milyard 155,3 milyon manat təşkil edib.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 4,6 %, ilin əvvəlinə nisbətən 5,8 %, ötən il iyulun 1-i ilə müqayisədə 2,8 % çoxdur.
Depozit portfelinin 48,9 %-i, yaxud 21 milyard 587,2 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 11,2 % azdır.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 15,5 % artaraq 17 milyard 823,6 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 48,1 % artaraq 4 milyard 744,5 milyon manata çatıb.
Hesabat dövründə cəmi depozitlərin 23 milyard 819,2 milyon manatı (1 il əvvələ nisbətən 1,3 % çox) qısamüddətli, 20 milyard 336,1 milyon manatı (+4,6 %) isə uzunmüddətli olub.
Pərviz Şahbazov: COP29-un şəbəkə gündəliyini ölkələri və bazarları birləşdirən konkret layihələrə çeviririk
COP31 çərçivəsində Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə yüksək səviyyəli dəyirmi masa keçirilib
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb