Həsən Əliyev küçəsi – “Koroğlu” metrostansiyası yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Həsən Əliyev və Rövşən Əliyev küçələrində aparılan yenidənqurma işləri ilə əlaqədar hərəkətin məhdudlaşdırılması zərurəti yaranıb.
“İki sahil” xəbər verir ki, bununla əlaqədar, 7 avqust 2026-cı il saat 00:00-dan etibarən işlər başa çatanadək:
nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərdən hərəkət istiqamətlərini əvvəlcədən müəyyənləşdirmələri, alternativ yollardan istifadə etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.