08 avqust 2026 17:53
149

"Fənərbaxça" Lukaku ilə razılığa gəldi

"Fənərbaxça" "Napoli"nin hücumçusu Romelu Lukakunun transferi üçün danışıqları davam etdirir.

“İki sahil” xəbər verir ki, "Hurriyet" nəşrinin məlumatına görə, İstanbul klubu belçikalı futbolçunun nümayəndəsi ilə şifahi razılığa gəlib. Növbəti mərhələdə "Fənərbaxça"nın "Napoli" ilə transfer məbləğini razılaşdırması gözlənilir. "Fənərbaxça" 6-7 milyon avro ödəməyi nəzərdə tutsa da, İtaliya klubu 33 yaşlı hücumçu üçün 12 milyon avro tələb edir. 

Qeyd olunur ki, Lukakunun satışından əldə olunacaq məbləğin 40 faizi "Çelsi"yə ödənilməlidir.

Xatırladaq ki, Lukaku son iki mövsümdə "Napoli"nin formasını geyinib. Bu müddətdə 45 oyunda 15 qol vurub və 11 məhsuldar ötürmə edib.