09 avqust 2026 23:14
91

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Rusiya Müdafiə Nazirliyi avqustun 9-da ölkənin müxtəlif bölgələri üzərində kütləvi hücumun qarşısının alındığını açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, gün ərzində hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 285 ədəd sabit qanadlı pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.

Bildirilib ki, dronlar Belqorod, Kursk, Bryansk, Tula, Lipetsk, Ryazan, Orel, Kaluqa vilayətləri, Moskva vilayəti, Başqırdıstan Respublikası və Krım Respublikası ərazisində zərərsizləşdirilib.