10 avqust 2026 10:57
100

Finlandiya və İsveç 40 ildən sonra dəmir yolu əlaqəsini bərpa edib

Avqustun 10-da Finlandiya və İsveç arasında dayandırılmasından təxminən 40 il keçdikdən sonra dəmir yolu hərəkəti yenidən bərpa olunub.

“İki sahil” xəbər verir ki, bu barədə "Yle" teleradio şirkəti məlumat yayıb.

Məlumata görə, Finlandiyadan İsveçə yola düşən ilk qatar 40 illik fasilədən sonra mənzil başına çatsa da, təyinat yerinə müəyyən gecikmə ilə çatıb.

Qatarlar gün ərzində iki dəfə həyata keçiriləcək. Səyahət müddəti 1 saat 40 dəqiqə təşkil edəcək.

Qeyd edək ki, Oulu — Haparanda marşrutu üzrə qatarların hərəkəti 1988-ci ildə gəlirsizliyi səbəbindən dayandırılmışdı.