10 avqust 2026 11:28
88

Oman "Caroline Bezengi" gəmisindən sızan neftin ləğvini çətinləşdirən səbəbləri açıqlayıb

Oman sahıllərində saya oturmuş "Caroline Bezengi" gəmisindən neft sızmasının qarşısının alınması üzrə əməliyyatlara mürəkkəb hava şəraiti mane olur.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə sultanlığın Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəniz departamentinin rəhbəri Məhəmməd bin Abdulla ər-Ravahi bildirib.

Oman İnformasiya Agentliyi onun sözlərini sitat gətirib: "Yay mussonları mövsümü mürəkkəb iqlim şəraiti gəmidəki sızmanın texniki olaraq aradan qaldırılması əməliyyatlarını çətinləşdirib".

Ər-Ravahi qeyd edib ki, hazırkı mərhələdə əsas prioritet sızmanı dayandırmaq, gəminin təhlükəsizliyini təmin etmək və yükü təhlükəsiz şəkildə boşaltmaqdır. Onun sözlərinə görə, əməliyyata ixtisaslaşdırılmış şirkətlər, dalğıclar və aviasiya cəlb olunub.

Öz növbəsində Omanın Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəhbəri Abdulla bin Əli əl-Amri vurğulayıb ki, mütəxəssislərə mane olan pis hava şəraiti eyni zamanda neft ləkələrinin Oman çimərliklərindən uzaqlaşmasına şərait yaradır. O əmin edib ki, neft sızması sahildəki həyati vacib obyektlər, o cümlədən suşirinləşdirmə qurğuları, balıqçılıq təsərrüfatları və turizm zonaları üçün heç bir təhlükə yaratmır.

"Associated Press" agentliyinin məlumatına görə, uzunluğu 247 metr olan "Caroline Bezengi" tankeri may ayında Qara dəniz dəniz limanından yola düşüb, iyunun 8-də isə gəmi heyəti göyərtədə partlayış baş verdiyini bildirib. Daha sonra tanker Omanın Dofar əyalətindəki Əl-Xallaniyyat adaları yaxınlığında saya oturub və bu da neft məhsullarının sızmasına səbəb olub. Hadisənin fəsadlarını aradan qaldırmaq üçün Oman hökuməti Nəqliyyat Nazirliyi və ekologiya xidmətlərinin iştirakı ilə əməliyyata başlayıb.