14 avqust 2026 16:52
83

Pentaqon "Boeing" və "RTX" ilə razılıq əldə etdi

Pentaqon Amerikanın "Boeing" və "RTX" şirkətləri ilə çərçivə sazişləri imzalayıb. Sənəd "Standard Missile-3 Block IB" (SM-3 IB) və "Standard Missile-3 Block IIA" (SM-3 IIA) raketlərinin komponentlərinin istehsal həcminin artırılmasını nəzərdə tutur.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Nazirlik bu sazişlər sayəsində raketlərin istehsalının sürətlənəcəyini gözləyir. Məlumatda qeyd olunur ki, komponentlərin istehsalı üzrə işlərə "Boeing" şirkəti rəhbərlik edəcək.

"Bu sazişlər hərbi qulluqçularımızın qələbə üçün ehtiyac duyduqları döyüş sursatlarını əldə edəcəklərinə zəmanət verir", — deyə nazirliyin satınalmalar üzrə müavini Maykl Daffi qeyd edib.

O, əlavə edib ki, hazırda Pentaqon təchizat zəncirini qaydaya salmaq və müdafiə-sənaye bazasını döyüş hazırlaşlığı vəziyyətinə gətirmək niyyətindədir.

"Standard Missile-3 Block IB" (SM-3 IB) və "Standard Missile-3 Block IIA" (SM-3 IIA) raketləri zenit-raket kompleksi idarəolunan raketləridir. Onlar ABŞ-ın "Aegis" raketdən müdafiə sisteminin işində tətbiq olunur. Bu raketlər həm qurudan, həm də gəmilərdən buraxılır.