Türkiyənin Hatay vilayətində işçiləri daşıyan avtobus yük maşını ilə toqquşub, nəticədə 1 nəfər ölüb, 15 nəfər yaralanıb.
“İki sahil” yerli mətbuata istinadən xəbər verir ki, qəza Ərzin-Ceyhan avtomobil yolunda baş verib.
Hadisə yerinə xilasedicilər, təcili yardım əməkdaşları və jandarm qrupları göndərilib. Yaralılar hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.
Qəza ilə bağlı araşdırmaya başlayıb.
Tramp Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında müdafiə sazişini dəstəkləyib