Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2106” ilə “KİA” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində həyatını itirən Sarıtəpə kənd sakinlərindən 3-ü uşaq, 2-si böyükdür. Həlak olanlardan biri 1988-ci il təvəllüdlü İlahə Alim qızı Məmmədova, digəri 2009-cu il təvəllüdlü Elvin Vüqar oğlu Məmmədovdur.
Faktla bağlı araşdırma aparılır.
AZƏRTAC