Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi dövlət səfəri ilə Azərbaycana gəlməyə dəvət edib.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidenti bunu mətbuata birgə bəyanat zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, Özbəkistanda həyata keçirilən islahatlar, eləcə də Mirziyoyevin israrı və müdrikliyi sayəsində ölkədə əlverişli investisiya mühiti formalaşıb.
"Biz sizin dost və qardaşlarınız olaraq buna səmimi qəlbdən sevinir və əminik ki, qarşınıza qoyduğunuz bütün planlar həyata keçiriləcək. Ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşması üçün birlikdə çalışacağıq. Sonda sizi münasib vaxtda dövlət səfəri ilə Azərbaycana gəlməyə dəvət etmək istərdim", – deyə İ. Əliyev bildirib.
Özbəkistan Prezidenti dəvəti qəbul edib. (Report)
Azərbaycanla Macarıstan arasında hüquq sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
Azərbaycanlı itkin ailələri Brüsseldə Avropa İttifaqının nümayəndələri ilə görüşüblər
Tomas Şteli: Ciddi sınaqlarla üzləşdiyimiz dövrdə BMT-nin fəaliyyəti əhəmiyyətini qoruyur
Şlapaçenko: BMT-nin dəyərli tərəfdaşı olan Azərbaycan həmişə çoxtərəfliliyi dəstəkləyir