24 avqust 2026 12:11
98

İran ABŞ-ın şərtlərini qəbul etməyəcəyini bəyan edib

İran Yaxın Şərqdə münaqişəyə son qoyulması bəhanəsi ilə ABŞ tərəfindən irəli sürülən şərtlərlə razılaşmayacaq.

“İki sahil” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqainin sözlərini "Tasnim" agentliyi yayıb.

"İran ABŞ-ın müharibəni dayandırmaq üçün irəli sürdüyü şərtləri qəbul etməyəcək. İran İslam Respublikasının rəhbərliyi bütün səviyyələrdə, heç bir şübhə olmadan dövlətin müdafiəsində qərarlıdır və təcavüzkarın tələblərinə boyun əyməyəcək", — deyə, o, bildirib.

Diplomatın qiymətləndirməsinə görə, silahlı münaqişəni kim başlayıbsa, məhz həmin ölkə "öz əməllərinə görə məsuliyyət daşımalıdır".