24 avqust 2026 13:44
108

ABŞ İrandakı vəziyyətə görə Koreya ilə birgə hərbi təlimləri ləğv edib

ABŞ Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Koreya Respublikası ilə birgə keçirilməsi planlaşdırılan "Ssangyong" dəniz desant təlimlərini ləğv edib.

“İki sahil” xəbər verir ki, bu barədə Koreya Respublikası Dəniz Piyada Korpusunun mətbuat xidmətinin rəhbəri Han Sın Çjon brifinq zamanı bildirib.

"‘Ssangyong’ təlimlərinə gəlincə, ABŞ Dəniz Piyada Korpusu iyun ayında rəsmi olaraq bizi məlumatlandırdı ki, Yaxın Şərqdəki vəziyyət nəzərə alınaraq təlimlərin keçirildiyi dövrdə silahlı qüvvələrin tətbiqi ilə bağlı məhdudiyyətlər mövcuddur", — deyə Dəniz Piyada Korpusunun ictimaiyyətlə əlaqələr idarəsinin direktoru bildirib.

"Bu il təlimlərin keçirilmə müddəti ilə bağlı müəyyən çətinliklər olsa da, biz təlimlərin gələcəkdə bərpa edilməsi məsələsini ABŞ Dəniz Piyada Korpusu ilə müzakirə etməyə davam edirik", — deyə Han Sın Çjon əlavə edib.

Dəniz piyadalarının bu manevrləri hər iki ildən bir diviziya səviyyəsində keçirilir və sentyabr ayına planlaşdırılmışdı. Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Koreya Respublikası ilə ikitərəfli təlimlərin miqyasını azaltmaq barədə sərəncam vermişdi. Həmin təlimlər planlaşdırılandan altı gün əvvəl — avqustun 21-də başa çatmışdı.