Səudiyyə Ərəbistanının "Bahri" Milli Gəmiçilik Şirkəti Qırmızı dənizdə ona məxsus "Amran" tankerinə hücum edildiyini bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə şirkətin bəyanatında qeyd olunub.
Məlumata görə, bütün heyət üzvləri təhlükəsizlikdədir, yaralanan yoxdur.
"Bahri" gəmi ilə əlaqəni davam etdirir, səlahiyyətli qurumlar və dənizçilik sektorunun digər iştirakçıları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərərək vəziyyətin inkişafını izləyir.
Şirkətdən vurğulanıb ki, heyətin təhlükəsizliyi, dəniz mühitinin qorunması və gəminin təhlükəsiz istismarı onun əsas prioritetləridir.
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaların tətbiq dairəsini genişləndirəcək