ABŞ-nin Prezident Administrasiyası sığınacaq üçün müraciət etmiş və ya onu almaq prosesində olan əcnəbilər üçün 200 000-ə qədər turist və iş vizasını ləğv etməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə "Associated Press" (AP) ABŞ Dövlət Departamentinin sənədlərinə istinadla məlumat yayıb.
Dövlət Departamenti ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi ilə qısamüddətli vizalarla ölkəyə daxil olan və sonra burada qalmaq üçün sığınacaq üçün müraciət edən əcnəbiləri müəyyən etmək üçün əlaqələndirmə işləri aparır.
AP-nin Ağ Evdəki mənbələrinin məlumatına görə, Dövlət Departamenti yaxın həftələrdə yeni tədbirlər elan edə bilər. Bunlar ilk növəbədə son 10 il ərzində verilmiş B1/B2 turist və iş vizalarına təsir edəcək.
Vizanın ləğvi onun sahibinin ABŞ-dən dərhal deportasiyası demək deyil. Lakin ölkəyə turist və ya iş məqsədləri ilə daxil olan şəxs statusunu itirəcək və fərqli immiqrasiya kateqoriyasına keçiriləcək.