Türkiyə Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin Suriyanı terrorizmə dəstək verən ölkələr siyahısından çıxarmaq qərarını məmnuniyyətlə qarşılayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd edilib ki, bu istiqamətdə iradə nümayiş etdirən ABŞ Administrasiyasının və prosesə dəstək verən ABŞ Konqresinin konstruktiv yanaşması yüksək qiymətləndirilir:
"Suriya hökumətini və xalqını nümayiş etdirdikləri qətiyyətli mövqeyə görə təbrik edirik. Ölkəmizin də uzun müddətdir dəstəklədiyi bu mühüm addımla Suriyanın iqtisadi baxımdan bərpası və yenidən qurulması qarşısındakı ən böyük maneələrdən biri aradan qaldırılıb. İnanırıq ki, bu qərar Suriyanın beynəlxalq ictimaiyyətlə əlaqələrinin gücləndirilməsi, eləcə də ölkədə təhlükəsizlik və sabitliyin davamlı şəkildə təmin olunmasına yönəlmiş səylərə təkan verəcək".