25 avqust 2026 14:29
91

Köçəryana qarşı üç maddə üzrə cinayət işi açılıb

Ermənistanın keçmiş prezidenti Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə (3 epizod), xüsusilə külli miqdarda rüşvət alma (2 epizod) və xüsusilə külli miqdarda çirkli pulların yuyulması (4 epizod) ittihamları üzrə açıq cinayət istintaqına başlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Aysor" xəbər verir.

Antikorrupsiya Komitəsinin apardığı istintaq çərçivəsində müəyyən edilib ki, 1998-2008-ci illərdə Ermənistan prezidenti vəzifəsini tutmuş Köçəryan bir sıra şəxslərlə əlbir hərəkət edərək və şəxsi və özəl maraqlardan çıxış edərək, dövlət mülkiyyətini özünə, onunla əlaqəli şəxslərə və şirkətlərə güzəştli şərtlərlə, o cümlədən bazar qiymətindən xeyli aşağı qiymətə və açıq hərraclar keçirilmədən ötürmək, habelə bu mülkiyyətin cinayət yolu ilə əldə edilməsini gizlətmək və ona qanuni görkəm vermək məqsədilə xidməti səlahiyyətlərindən istifadə edib.