26 avqust 2026 17:26
98

Tramp: ABŞ Ukraynadakı münaqişənin başa çatmasını istəyir

ABŞ administrasiyası Ukrayna münaqişəsinin bitməsini istəyir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "The Glenn Beck Program" verilişinə verdiyi müsahibəsində bəyan edib.

"Biz Ukraynadakı müharibənin başa çatmasını istərdik. Bu müharibə heç vaxt başlamamalı idi", — deyə dövlət başçısı vurğulayıb. O, 2022-ci ildə ABŞ prezidenti olacağı təqdirdə bu münaqişənin başlamayacağını bir daha bəyan edib.

Bununla əlaqədar Tramp ABŞ-nin 46-cı prezidenti Co Baydenin xarici siyasətini növbəti dəfə tənqid edib.