Türkiyə Müdafiə Nazirliyi ABŞ-nin Suriyanı əhatə edəcək deeskalasiya mexanizminin yaradılması təşəbbüsləri kontekstində rəsmi sorğu almadığını bəyan edib.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"ABŞ hakimiyyətinin Suriyanı da əhatə edəcək deeskalasiya mexanizminin yaradılması üzrə təşəbbüsləri ilə bağlı bəyanatları və xəbərləri diqqətlə izləyirik. Bu kontekstdə nazirliyimizə rəsmi sorğu daxil olmayıb. Əgər belə bir sorğu daxil olarsa, məsələ müvafiq qurumlarla koordinasiyalı şəkildə nəzərdən keçiriləcək", — deyə MN nümayəndəsi Ankarada keçirilən brifinqdə bildirib.
İsrailin Suriyadakı əməliyyatlarına toxunan Türkiyə MN "İsrailin Suriyaya hücumlarını diqqətlə izlədiklərini" və bu hücumların "mümkün qədər tez dayandırılmalı olduğunu" vurğulayıb. Ümumilikdə idarə İsrailin Qəzza, Livan və Suriyadakı siyasətini "regionda sabitlik və uzunmüddətli sülh üçün ən böyük maneə" kimi qiymətləndirib.