BMT-nin Baş katibi Antoniu Quterreş ABŞ-ın tezliklə təşkilatın büdcəsinə olan üzvlük haqqı borcunun bir hissəsini ödəyəcəyinə ümid edir.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Bu, çox yaxında baş verəcək", — deyə o, təşkilatın qərargahında müvafiq sualı cavablandırarkən jurnalistlərə bildirib.
Əvvəllər Dövlət Departamentinin BMT-nin büdcəsinə olan borc hesabına təşkilata 725 milyon dollar ödəmək niyyəti barədə Konqresə məlumat verdiyi bildirilirdi. Amerika hakimiyyətinin BMT-nin müntəzəm büdcəsinə üzvlük haqları və sülhməramlı əməliyyatlara ödənişlər üzrə ümumi borcu 4 milyard dollardan çoxdur.
BMT likvidlik böhranı ilə üzləşib, çünki onun ən böyük donoru olan ABŞ müntəzəm büdcəyə üzvlük haqlarını ödəməkdən imtina edib, həmçinin təşkilatın agentliklərinə könüllü maliyyələşdirməni azaldıb.