Qlobal və regional əməkdaşlığı təşviq edən təsisatlar daha uyğunlaşdırılmış və səmərəli fəaliyyət göstərməlidir.
“İki sahil” xəbər verir ki, bu sözləri ÇXR sədri Si Çinpin Bişkekdə "ŞƏT+" formatında keçirilən sammitdə çıxış edərkən vurğulayıb.
Onun sözlərinə görə, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələr Birləşmiş Millətlər Təşkilatının (BMT) nüfuzunu bərpa etmək üçün birgə səylər göstərməlidirlər.
"BMT-nin nüfuzunu bərpa etmək, təşkilata yeni nəfəs vermək lazımdır", - deyə o, qeyd edib.