03 sentyabr 2026 09:38
81

Salyandakı zəncirvari qəzada 5 nəfər xəsarət alıb

Salyan rayonunda bir mikroavtobus və 3 minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun Salyan rayonu Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı mikroavtobus və "VAZ", "İnfiniti", "Mazda markalı nəqliyyat vasitələri toqquşub. Qəza zamanı xəsarət alan 5 nəfər Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.