Finlandiya hökuməti ölkənin Daxili İşlər Nazirliyinin sanksiyasız daxilolmalara qarşı mübarizə üzrə müvəqqəti tədbirlər haqqında qanunun təsir müddətinin 2028-ci ilin sonunadək uzadılması barədə təklifini təsdiqləyib.
“İki sahil” xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Bu normativ-hüquqi akt əsasında Finlandiya hakimiyyəti Rusiya ilə sərhədi bağlayıb. Qanunun qüvvədə olma müddəti 2026-cı il dekabrın 31-də başa çatmalı idi.
"Finlandiyanın şərq sərhədində sanksiyasız daxilolma təhlükəsi yüksək olaraq qalır, — DİN-in bəyanatında deyilir. — Sərhəd Xidmətinin məlumatına və qiymətləndirməsinə görə, vəziyyət 2025-ci ildən bəri əhəmiyyətli dərəcədə dəyişməyib".