Tailandın Baş naziri Anutxin Çanvirakul "The Beatles" qrupunun "Let It Be" kompozisiyasını oxuyub, Sinqapurun Baş naziri Lourens Vonq isə gitara ilə onu müşayiət edib.
“İki sahil” xəbər verir ki, AP agentliyinin məlumatına görə, bu gözlənilməz ifa Sinqapur hökumət başçısının Banqkoka rəsmi səfəri çərçivəsində baş tutub.
Konsert Banqkokdakı Hökumət evinin ərazisində yerləşən "Santi-Maitri" binasında təşkil olunub və Sinqapur nümayəndə heyətinin rəsmi səfərinin yekunu olub.
Baş nazirlərin dueti həmçinin Bob Dilanın "Blowin’ in the Wind" mahnısını da ifa edib. Çıxışın videosu sosial şəbəkələrdə geniş yayılıb və ifanın keyfiyyəti ilə bağlı çoxlu müsbət rəylər toplayıb.
Finlandiya Rusiya ilə sərhədin bağlanması müddətini 2028-ci ilin sonunadək uzadıb