ABŞ Vitse-prezidenti Cey Di Vens Vaşinqtonun İranda toy mərasiminə endirilən zərbə ilə bağlı məlumatları hərtərəfli araşdırdığını, eyni zamanda, İran tərəfinin məlumatlarının doğruluğuna şübhə ilə yanaşdığını bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə Vens Ağ Evdə jurnalistlər üçün keçirilən brifinqdə deyib.
"Biz bunu hərtərəfli şəkildə araşdırırıq", - o qeyd edib.
Vens vurğulayıb ki, ABŞ döyüş əməliyyatları zamanı dinc sakinləri hədəfə almır və heç vaxt belə bir şey etməyəcək.
"Təəssüf ki, bəzən hər şey olur", - vitse-prezident əlavə edib.