04 sentyabr 2026 08:33
88

Aİ ABŞ-nin İranın iqtisadi təcridi ilə bağlı əməliyyatına qoşulub

Avropa İttifaqı (Aİ) rəsmən ABŞ tərəfindən həyata keçirilən, İrana qarşı iqtisadi təzyiqin gücləndirilməsinə və onun maliyyə təcridinə yönəlmiş "İqtisadi təcrid" əməliyyatına qoşulub.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "X" sosial şəbəkəsində bildirib.

O qeyd edib ki, Vaşinqton Aİ-nin "qətiyyətli və vaxtında olan mövqeyini" yüksək qiymətləndirir.

Bessentin sözlərinə görə, ABŞ müttəfiqləri ilə birlikdə İranın qlobal maliyyə sistemindən nüvə proqramını, silah istehsalını və Tehran tərəfindən dəstəklənən silahlı qruplaşmaları maliyyələşdirmək üçün istifadə etməsinə yol verməmək niyyətindədir.

"Dünya İran rejiminə aydın bir siqnal göndərir: qalan bütün maliyyə arteriyalarını kəsməyincə dayanmayacağıq", - nazir bildirib.

İranın iqtisadi təcridini gücləndirmək məqsədilə əməliyyata avqustun 24-də Vaşinqton tərəfindən başlanılıb. Bu çərçivədə ABŞ Tehranla əlaqəli maliyyə və ticarət kanallarını bağlamaq niyyətindədir.