04 sentyabr 2026 10:22
72

ABŞ İranla anlaşma memorandumuna qayıtmağı planlaşdırmır

ABŞ hakimiyyəti İranla münaqişənin tənzimlənməsini anlaşma memorandumu vasitəsilə nəzərdən keçirmir.

“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Financial Times" qəzeti mənbələrə istinadla məlumat verib.

Nəşrin məlumatına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası memorandumun əvəzinə yalnız Hörmüz boğazını deyil, həm də Tehranın nüvə proqramını əhatə edəcək "daha əhatəli saziş" bağlamağı planlaşdırır.

Qəzet həmçinin yazır ki, ABŞ və İran arasında danışıqlar artıq aparılmır. Lakin adı açıqlanmayan diplomatların sözlərinə görə, vasitəçilər Tehran və Vaşinqton arasında "əlaqə kanallarını açıq saxlayıblar" və yeni saziş üçün "bünövrə yaratmağa" çalışırlar.