Sentyabrın 6-da Saksoniya-Anhalt federal torpağında keçiriləcək regional seçkilərdə səsvermənin nəticəsi Almaniya kantsleri Fridrix Merts üçün mənfi olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "Politico" nəşri yazır.
"Səsvermənin nəticəsi aşkar şəkildə nümayiş etdirəcək ki, sağ radikallar ölkənin geniş ərazilərində mövqelərini necə möhkəmləndirib. Merts üçün daha böyük zərbə "Almaniya üçün Alternativ" partiyasının parlament əksəriyyətini təmin etmək və regionu təkbaşına idarə etmək üçün kifayət qədər səs toplayacağı ssenari olacaq", - deyə nəşr qeyd edir.
Nəşr xatırladır ki, sosioloji sorğular müxalifətdə olan "Almaniya üçün Alternativ" (AfD) partiyasının inamlı liderliyini göstərir. O, Mertsin rəhbərlik etdiyi və ikinci yerdə qərarlaşan Xristian-Demokrat İttifaqını (XDİ) üstələyir. Lakin AfD əksəriyyət qazanmasa belə, XDİ üçün hakim koalisiyanı formalaşdırmaq çətin olacaq və qanunların qəbulu zamanı partiya AfD və Solçular Partiyasından olan deputatların səslərindən asılı vəziyyətə düşəcək.
Ukrayna və Polşa futbol üzrə DÇ-ni birgə keçirmək üçün ərizə vermək imkanlarını araşdırır