Çin bu il neft idxalını sutkada 5,5 milyon barel azaltmaqla dünya neft bazarının stabilləşdirilməsində faktiki olaraq təşəbbüsü OPEK-in əlindən alıb. Çin tərəfindən bu tədbirlər görülməsəydi, barelin qiyməti əlavə olaraq 30 dollar da qalxa bilərdi. Bununla belə, Çin formal olaraq heç bir kartel sazişinə qoşulmadan bu effekti əldə edib.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə "Rosneft"in rəhbəri İqor Seçin Şərq İqtisadi Forumu çərçivəsində keçirilən Rusiya-Çin Enerji Biznes Forumunda bəyan edib.
Seçin qeyd edib ki, ÇXR ən böyük enerji idxalçısından qlobal bazarın fəal liderinə qədər olan yolu uğurla qət edib. Onun sözlərinə görə, əsas amil dünyada ən böyük sayılan 1,4 milyard barellik strateji ehtiyatın formalaşdırılması olub. "Rosneft" rəhbəri vurğulayıb ki, bu cür ehtiyatların mövcudluğu, inkişaf etmiş elektroenergetika infrastrukturu ilə birlikdə Çinə neft kotirovkalarına ənənəvi istehsalçıların imkanları ilə müqayisə oluna biləcək güclü təsir rıçaqı verir.
"Rosneft" rəhbərinin proqnozuna görə, Çin ehtiyatlarının gələcəkdə də artırılması Pekinin enerji sahəsindəki rolunu daha da möhkəmləndirəcək. Seçin yekunda bildirib ki, bu proses OPEK-in təsirinin tədricən azalması və təşkilat iştirakçılarının sayının ixtisar olunması fonunda baş verəcək.
Ukrayna və Polşa futbol üzrə DÇ-ni birgə keçirmək üçün ərizə vermək imkanlarını araşdırır