04 sentyabr 2026 12:45
105

Münaqişələr fonunda BMT dünyada ərzaq qiymətlərinin artmasını müşahidə edir

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymətləri İndeksi avqust ayında iyul göstəricisi ilə müqayisədə 1,9% artaraq orta hesabla 133,3 bənd təşkil edib. Bu da ötən ilin müvafiq dövründən 2,5% yüksəkdir.

“İki sahil” xəbər verir ki, bu barədə dünya bazarında ərzaq məhsulları səbətinin beynəlxalq qiymətlərindəki aylıq dəyişiklikləri izləyən FAO-dan bildirilib.

Qeyd olunduğu kimi, bu artıma tədarüklə bağlı narahatlıqlar səbəb olub. Əlverişsiz hava şəraiti, Yaxın Şərqdəki münaqişə və Qara dənizdəki ticarətdə loqistika problemləri əsas ərzaq məhsullarının qiymətinin yüksəlməsinin başlıca səbəbləri olub, — FAO-nun bəyanatında deyilir.