04 sentyabr 2026 22:47
122

Azərbaycan komandası sabah pley-off mərhələsində Polşa təmsilçisi ilə qarşılaşacaq

İtaliyanın Battipaglia şəhərində çimərlik voleybolu üzrə U-20 Avropa çempionatı davam edir.

“İki sahil” xəbər verir ki,  yarışda Azərbaycanın oğlanlardan ibarət komandası bu gün iki oyun keçirib.

İbrahim Məmmədov/Muhamməd Aslanlı cütlüyü əvvəlcə son dünya çempionu Norveç təmsilçiləri ilə qarşılaşıb. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb – 19:21, 21:14, 15:9. Azərbaycan komandası daha sonra İngiltərə təmsilçiləri ilə üz-üzə gəlib. Qarşılaşmada rəqib 2:0 hesabı ilə qalib gəlib – 21:14, 21:18. Məğlubiyyətlərə baxmayaraq, İbrahim Məmmədov/Muhamməd Aslanlı cütlüyü 24-lüyə düşərək növbəti mərhələyə vəsiqə qazanıb.

Azərbaycan komandası sabah pley-off mərhələsində Polşa təmsilçisi ilə qarşılaşacaq.

Qeyd edək ki, çempionatda 33 ölkədən ümumilikdə 40 komanda iştirak edir.