Şahbuz rayonunda baş verən ağır yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının həkimi Nurlan Cəfərov jurnalistlərə açıqlamasında bildirib.
O, qeyd edib ki, yaralılar saat 21:00 radələrində xəstəxanaya yerləşdirilib: "Xəstəxanaya 9 yaralı daxil olub. Onlardan 3-ü azyaşlı, 5-i qadın, 1-i isə orta yaşlı kişidir. Yaralılardan 2-nin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir. Hazırda onların müalicəsi stasionar şöbədə davam etdirilir".
Qeyd edək ki, dağlıq ərazidə hərəkətdə olan "Toyota Prado" markalı, 68-BE-050 dövlət qeydiyyat nişanlı avtomobil aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb
FHN Gəncədə əlilliyi olan şəxslərə xidmət göstərənlər üçün maarifləndirmə tədbiri keçirib
Baş prokuror Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının rəhbəri ilə görüşüb
Milli Məclisin Regional məsələlər komitəsində vətəndaşların növbəti qəbulu keçirilib