Bu gün Bakı Fotoqrafiya Evində açılan sərgi Şanlıurfanın zəngin tarixi və arxeoloji irsini əks etdirən geniş fotoarxivdən seçilmiş nümunələri təqdim edir. Sərgidə nümayiş olunan fotolar vasitəsilə ziyarətçilər Şanlıurfanın tarixi məkanları və mədəni irsi ilə daha yaxından tanış olmaq imkanı əldə edirlər.
“İki sahil” xəbər verir ki, bunu Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Kasım Gülpınar "Tarixin qəlbi Xəzərin sahilində: Şanlıurfa Mədəniyyət Günləri” çərçivəsində sentyabrın 5-də keçirilən mətbuat konfransında deyib. “Azərbaycanla bizi ortaq mədəniyyət, tarix və dil bağlayır. Burada eşitdiyim bir çox sözlər qədim türk dilini, eləcə də Şanlıurfanın yerli danışıq xüsusiyyətlərini xatırladır. Bu oxşarlıqları görmək mənim üçün böyük sevincdir”, – deyə o bildirib.
Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri vurğulayıb ki, Azərbaycan ilə Türkiyə arasında uzun illərə söykənən dostluq və qardaşlıq münasibətləri mövcuddur: “Şanlıurfa Mədəniyyət Günləri”nin keçirilməsi də bu əlaqələrin daha da inkişaf etdirilməsinə, xalqlarımızın ortaq tarixi, dili və mədəni dəyərlərinin təbliğinə mühüm töhfə verir".
105 il əvvəl nəşr olunmuş qəzetin günümüzə çatan yeganə nömrəsi TAPILDI - Bir neçə kəlmə "Əxbari"barədə
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib