Sentyabrın 7-dən 8-i səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Ağstafa, Qazax, Tovuz, Şəmkir, Samux, Gəncə, Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ağdam, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Hacıqabul, Neftçalada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Gədəbəy, Göygöl, Şərur, Sədərək, Quba, Salyan, Şirvan, Sabirabad, Saatlı, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Laçın, Füzuli, Beyləqan, İmişli, Kürdəmir, Ağsu, Şamaxı, İsmayıllı, Zərdab, Ağdaş, Ağcabədi, Xocavənddə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb
Naxçıvan şəhərinin bəzi hissələrində içməli suyun verilişində gün ərzində fasilə yaranacaq
Şuşaya gedən bəzi yerli turistlər qaya və daşlara müxtəlif adlar yazaraq şəhərin tarixi və təbiətinə ziyan verirlər
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib