Gürcüstanın Telavi bələdiyyəsinin Tsinandali kəndindəki malikanədə klassik musiqi festivalı başlayıb.
“İki sahil” xəbər verir ki, 23 konsertdən ibarət olacaq və sentyabrın 13-dək davam edəcək festivala Maestro Gianandrea Noseda, Lisa Batiashvili və bir çox dünyada məşhur ulduzlar qoşulublar. Festivalın təsisçisi Erkin Tatişev deyib ki, Tsinandali festivalı həqiqətən unikaldır. Festivalın ilk günündə səhnə dünyada məşhur skripkaçı Liza Batiaşviliyə və Maestro Gianandrea Nosedanın dirijorluğu ilə Pan-Qafqaz Gənclər Orkestrinə həsr olunub. Həmçinin Polşa bəstəkarı Karol Şimanovskinin ilk skripka konserti və Rimski-Korsakovun “Şeherazade” simfonik süitası ifa edilib. Tsinandali festivalının vizit kartına çevrilən Pan-Qafqaz Gənclər Orkestrinin 2026-cı il mövsümündə ilk çıxışı uzunsürən alqışlarla başa çatıb.
Qeyd edək ki, Pan-Qafqaz Gənclər Orkestri 2019-cu ildə təsis edilib. Gənc musiqiçilər hər il qonşu ölkələrdən müsabiqə əsasında seçilir. Bu il orkestrə Azərbaycan, Ermənistan, Qazaxıstan, Gürcüstan, Moldova, Türkiyə, Türkmənistan, Ukrayna və Özbəkistandan istedadlı gənc musiqiçilər qoşulublar. Orkestr 2026-cı il mövsümündə 4 konsertlə çıxış edəcək.
Səkkizinci dəfədir ki, keçirilən builki festivalda 300-dən çox musiqiçi iştirak edir.
105 il əvvəl nəşr olunmuş qəzetin günümüzə çatan yeganə nömrəsi TAPILDI - Bir neçə kəlmə "Əxbari"barədə
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib