09 sentyabr 2026 14:11
88

Aİ-nin yaşıl enerji siyasəti ölkələr arasında köhnə fikir ayrılıqlarını yenidən alovlandıra bilər

Avropa Komissiyası (AK) bərpa olunan enerji mənbələri və 2040-cı il üçün bərpa olunan enerjinin payı üzrə hədəf göstəricisinin müəyyən edilməsi haqqında xüsusi qanun təklif etməyə hazırlaşır ki, bu da böyük ehtimalla Aİ-nin nüvə enerjisinin inkişafını dəstəkləyən 14 ölkəsi ilə fikir ayrılıqlarına səbəb olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Euractiv" portalının materialında deyilir.

Portal hesab edir ki, yaşıl enerji üzrə ayrıca hədəf göstəricisinin saxlanılması nüvə enerjisinin inkişafını dəstəkləyən 14 ölkədən ibarət alyansa qarşı etinasızlıq kimi qəbul oluna bilər.

Aİ-nin bərpa olunan enerji mənbələri haqqında direktivi təmiz enerji mənbələrindən istifadəni stimullaşdırmaq üçün 2009-cu ildə hazırlanıb və artıq üç dəfə yenilənib. İndi 2040-cı ilə qədər tullantıların 90% azaldılması ilə bağlı yeni məqsədlə əlaqədar olaraq, avropalı məmurlar öz siyasətlərinə yenidən baxmaq qərarına gəliblər.

2030-cu ildən sonra bərpa olunan enerji mənbələrinin idarə olunması üçün yenilənmiş sistem tələb olunacaq.

Bununla belə, Fransanın başçılıq etdiyi və nüvə enerjisinin inkişafını dəstəkləyən Aİ-nin 14 ölkəsi xeyli vaxtdır ki, onun Aİ-nin iqlim və enerji siyasəti çərçivəsində günəş və külək enerjisi ilə bir sırada qoyulmasında təkid edirlər. Lakin sənəd layihəsinə əsasən, AK bu ideyanı rədd edib. Eyni zamanda, qeyd olunur ki, hələ ki, yekun qərar qəbul edilməyib, mövcud məlumatlar isə sadəcə avroməmurların bu məsələyə münasibətini əks etdirir.