09 sentyabr 2026 22:49
116

Cənubi Koreyanın Avropaya üzən konteyner gəmisi Şimal dəniz marşrutundan keçib

Şimal dəniz marşrutu ilə Avropaya üzən Cənubi Koreyanın "Panstar" şirkətinə məxsus konteyner gəmisi Şimal Buzlu okeanının akvatoriyasından çıxıb və Böyük Britaniyaya yollanır.

“İki sahil” "Yonhap"a istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının Dəniz və Balıqçılıq Təsərrüfatı Nazirliyi məlumat yayıb. "Panstar Acro" gəmisi avqustun 22-də Pusandan yola düşüb. O, avqustun 31-də Şimal Buzlu okeanının sularına daxil olub, sentyabrın 3-də Seul vaxtı ilə saat 16:15-də (Bakı vaxtı ilə 11:15-də) isə onun akvatoriyasını tərk edib.

Hazırda konteyner gəmisi Böyük Britaniyaya doğru hərəkətini davam etdirir.