10 sentyabr 2026 00:41
94

Paşinyanla Makron arasında görüş keçirilib

Yelisey sarayında Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron arasında görüş keçirilib.

“İki sahil” Ermənistan mediasına istinadən xəbər verir ki, görüşəd ikitərəfli əlaqələrin prioritet istiqaməti kimi iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Bu kontekstdə tərəflər Ermənistanın ölkə iqtisadiyyatının şaxələndirilməsi üzrə ardıcıl addımlarını xüsusi qeyd ediblər. Paşinyan bildirib ki, "Şimal-Cənub" strateji nəqliyyat dəhlizinin bir hissəsi olacaq Bərgüşad tunelinin çəkilişi üzrə tikinti işləri əsas mərhələyə qədəm qoyub. Bununla əlaqədar tikinti işlərinin tezliklə başlanmasının vacibliyi vurğulanıb.

Makron, öz növbəsində, strateji əməkdaşlıq haqqında ikitərəfli bəyannaməyə uyğun olaraq bütün istiqamətlərdə münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini bildirib. Paşinyan Fransa ilə kosmik sahədə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd edib.

Həmçinin regional proseslərə də toxunulub. Sülhün möhkəmləndirilməsinə yönəlmiş addımların ardıcıl olaraq yerinə yetirilməsinin vacibliyinə diqqət çəkilib.