Nepalın Çinlə sərhəd bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1374 nəfərə çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Nepal polisinə istinadən məlumat yayıb. Bundan əvvəl təbii fəlakət nəticəsində 1367 nəfərin öldüyü bildirilirdi. Son məlumatlara əsasən, 5,1 mindən çox insan itkin düşmüş hesab olunur. Təbii fəlakət avqustun 26-da səhər saatlarında Nepalın şimalında baş verib. Dağlıq ərazidə qar uçqununun baş verməsi güclü sel və torpaq sürüşməsinə səbəb olub. Böyük həcmdə dağ süxurlarından ibarət güclü axın çay yatağı boyunca yüksək sürətlə 70 kilometrdən çox məsafə qət edib və geniş ərazilərin su altında qalmasına səbəb olub.
Təbii fəlakət qonşu Çin ərazisinə də təsir göstərib. Çin tərəfdə azı 43 nəfərin öldüyü, 519 nəfərin isə itkin düşdüyü bildirilir.