10 sentyabr 2026 09:01
96

ABŞ Venesuela ilə enerji sazişi nəticəsində 500 il yetəcək neft ehtiyatlarına çıxış əldə edib

Amerika lideri Donald Tramp iddia edib ki, ABŞ Venesuela ilə enerji sazişi nəticəsində 500 il yetəcək neft ehtiyatlarına çıxış əldə edib.

“İki sahil” xəbər verir ki,  Tramp bu barədə ABŞ Konqresinə noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində Dallasda hakim Respublikaçılar Partiyasının milli qurultayında çıxış edərkən bildirib. "Neftdən danışaq. Biz hətta bu yaxınlarda ehtiyatlarımıza əlavə etdiyimiz Venesuelanı nəzərə almasaq belə, dünyada ən böyük neft istehsalçısıyıq. Bu ən böyük neft sazişidir və ehtimal ki, ölkəmizin tarixində ən böyük sazişdir. 65 milyard barel - bizimdir və bilirsiniz, bu nə deməkdir? Bu, ömürlükdür, 500 ildir", - o deyib.

Trampın sözlərinə görə, Vaşinqton Karakasla əla münasibətlər qurub.